EN

Misirdə HƏMAS-Fəth görüşü - Nə planlaşdırırlar?

Misirdə HƏMAS və Fəth heyəti bir araya gəlib.

Publika.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fəth heyəti və HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirədə görüşüblər.

Görüşdə İsrailin Qəzza zolağına davam edən hücumları və milli birlik istiqamətində atdığı addımlar müzakirə olunub.

HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan açıqlamasında "Misirin dəvəti ilə Fəth hərəkatındakı qardaşlarımızla görüş keçirildi. Müxtəlif milli məsələlər, xüsusilə Qəzza müharibəsi və milli birliyə doğru addımlar müzakirə edildi" deyib.

Chosen
28
1
publika.az

2Sources