EN

"Qalatasaray"ın sabiq futbolçusu I Liqa klubunu çalışdıracaq

Türkiyənin “Amed” klubunun yeni baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisinin "sükan"ı Sərvət Çətinə tapşırılıb.

Mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən Ersun Yanalı əvəzləyib.

Çətin daha əvvəl “Sivasspor”a rəhbərlik edib. Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu olan Sərvət 2023-cü ilin dekabrından işsiz idi.

“Amed” I Liqada 11 turdan sonra 13 xalla 20 komanda arasında 18-ci sıradadır.

Fatih Tekke istefa verib

“Mançester Yunayted” 51 il sonra uğursuzluğunu təkrarlayıb

Mourinyonun qol sevinci viral oldu - VİDEO

"Trabzonspor"un prezidenti: "Şərəfsizlərə məğlub olduq"

Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Chosen
36
apasport.az

1Sources