EN

Özlərini vacib insan hesab edən sürücülər yolu kəsib təhlükə yaratdılar- VİDEO

Paytaxtın Kənar Dairəvi yolunun sonunda (Biləcəri enişində) qaydaları pozan sürücülər yolda maneə yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 24-də qeydə alınıb.

Belə ki, 77-FX-197 qeydiyyat nişanlı "Hyundai" markalı və 90-XJ-286 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri avtobusun arxasında sırada gözləmək əvəzinə, hamıdan önə keçmək üçün sol zolaqla hərəkət ediblər. Daha sonra sağ zolağa keçmək üçün yol istəyiblər. Bu zaman arxadan gələn sürücülərin qarşısını kəsərək onların hərəkətinə mane olublar.

Bu cür hərəkətlərə yol verən sürücülər elə bilirlər ki, cəmiyyətdə ən vacib işlərlə məşğul olan, tələsən, tıxacda qalmaq istəməyən yalnız onlardır. Özləri tıxacda qalmamaq üçün hər hərəkətə yol verirlər və bununla da digər sürücülərə tıxac yaradırlar. Bu, cəngəllik qanunları ilə yaşamaqdan başqa bir şey deyil.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

Chosen
13
avtosfer.az

1Sources