EN

Bulvarda mənzillər güzəştli şərtlərlə SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (Agentlik) layihələri əsasında Sumqayıtda və Lənkəranda inşa edilən mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Satışlar 2024-cü ilin dekabrın 6-da başlayacaq və dekabrın 14-nə kimi davam edəcək.

 

Sfera.az Agentliyə istindən xəbər verir ki, satışa ümumilikdə 544 mənzil çıxarılır. Mənzillərin 392 ədədi Sumqayıtda, 152 mənzil Lənkəran şəhərində yerləşir.

 

Sumqayıtdakı mənzillər Bulvar küçəsi, 197 ünvanında, Lənkərandakı mənzillər Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanındadır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Sumqayıtdakı mənzillər 2 və 3 otaqlı, Lənkərandakı mənzillər 3 və 4 otaqlıdır.

 

Sumqayıtda iki otaqlı mənzillərin qiyməti 59 700 manatdan, üç otaqlı mənzillərin qiyməti 77 200 manatdan, Lənkəranda üç otaqlı mənzillərin qiyməti 61 965 manatdan, dörd otaqlı mənzillərin qiyməti 84 150 manatdan başlayır. Mənzili alan şəxslər Sumqayıtdakı iki otaqlılara görə ayda 257-262 manat, üç otaqlılara görə ayda 332-354 manat, Lənkəranda üç otaqlılara görə ayda 267-281 manat, dörd otaqlılara görə isə 362-419 manat ödəməlidir.

 

Mənzilləri daha ucuz da əldə etmək olar. Bunun üçün mənzillin dəyərini kreditlə yox, tam ödənişlə ödəmək lazımdır. Tam ödəniş olanda mənzillərin qiyməti 6-8,5 min manat endiriləcək.

 

Vasif

Sfera.az

Chosen
44
sfera.az

1Sources