EN

AÇG-yə bu il xərcələnən vəsaitin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG)neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 1 370 mln. ABŞdolları xərclənib.

Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.

Cari ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslıməsrəflər xərclənib.

AÇG-də iştirak payları isə aşağıdakı kimdir:

bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor(7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,31%)

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişinpodratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”şirkəti operatordur.

Chosen
24
1
az.trend.az

2Sources