EN

İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək

Bakı. Trend:

11-23 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 – BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası çərçivəsində İçərişəhərin muzeyləri vətəqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminəuyğun olaraq fəaliyyət göstərəcək.

Trendxəbər verir ki, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylərməscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstəriləntarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıqolacaq.

Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-danbaşlayaraq, saat 22.00-dək ziyarətçilərə aşağıdakı xidmətləritəqdim edəcək:
* Piyada və elektromobil ilə qrup və ya fərdi turlar;
* İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyənqonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti.
Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər”Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan18:00-dək açıq olacaq. Sərgi salonunun iş saatları isə tədbirgünlərində 09.00-22.00 əhatə edəcək.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala”Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıqsəma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərindəsaat 10.00-18.00 arası fəaliyyət göstərəcək. Əlavə olaraq,beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkilolunacaq.

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar -012 505 94 15.

Chosen
28
36
az.trend.az

10Sources