EN

Albaniya ilə Kosovonu birləşdirən körpü açıldı

Albaniya ilə Kosovo arasında daha təhlükəsiz nəqliyyatı təmin edəcək \"Böyük Kukes körpüsü\" nəqliyyata açılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, tikintisinə 2020-ci ildə başlanan və qeyri-adi memarlıq üslubunda tikilən körpünün inşası təxminən 40 milyon avroya başa gəlib.

Uzunluğu 310, hündürlüyü 56 metr olan körpü geniş tağvari metal konstruksiyadan ibarətdir.

Kukes şəhərində Kara Drin çayı üzərində tikilən körpünün Albaniya ilə Kosovo arasında daha təhlükəsiz nəqliyyat təmin edəcəyi gözlənilir.
 
Cəmalə
 

Chosen
37
azxeber.com

1Sources