EN

“Xarıbülbül əfsanəsi” sənədli filmi Parisdə Rex kinoteatrında nümayiş olunacaq - FOTO - VİDEO

Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci "Kino İrsi" Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Day.Az xəbər verir ki, festival çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının İsveçdəki Səfirliyinin dəstəyi ilə, isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən lentə alınmış "Xarıbülbül əfsanəsi" və "Odin kodu" adlı sənədli filmlər Parisdə Rex kinoteatrında noyabrın 7-də nümayiş olunacaqdır. Xatırladaq ki, "Xarıbülbül əfsanəsi" Azərbaycanın musiqi paytaxtı Şuşa işğaldan azad olunduqdan sonra onun tarixi əhəmiyyəti və zəngin mədəni irsi barədə lentə alınmış ilk sənədli filmdir. Filmdə, həmçinin qələbə və azadlıq rəmzinə çevrilmiş xarı bülbül gülünün simvolik rolundan bəhs olunur. Festival çərçivəsində nümayiş olunacaq "Odin kodu" filmi isə Azərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri, Ümummilli Lider Heydər Əliyevlə görüşlərdə səsləndirilən fikirlərdən bəhs edir.

Açılış mərasimində Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz, festivalın təşkilatçıları çıxış edərək festivalı açıq elan etmiş, festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya, UNESCO yanında daimi nümayəndə Elman Abdullayevə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə təşəkkürünü bildirmişdir.

Festival hər il kinonun beşiyi olan Parisdə "AITYSH France" assosiasiyası tərəfindən təşkil olunur. Festivalın əsas məqsədi yeni reallıqlar və obrazları təqdim etmək, istedadları təbliğ etmək və filmləri dünya kino irsinə çevrilmiş kinorejissorların müstəsna dünyasına qayğı göstərmək, insanlardan və mədəniyyətlərdən bəhs edən filmləri nümayiş etdirmək, mədəniyyətlər və millətlər arasında dialoqu inkişaf etdirməkdir.

Festivalın prinsipi unikal kino dili ilə tolerantlıq, qarşılıqlı anlaşma, mehribanlıq, mədəni müxtəlifliyin və birliyin qorunması mesajı verməkdir.

2-ci "Kino İrsi" Beynəlxalq Film Festivalının açılış mərasimində Fransada akkreditə olmuş diplomatlar, Fransanın, eləcə də iştirakçı ölkələrin mədəniyyət və incəsənət xadimləri, festival çərçivəsində nümayiş olunacaq filmlərin rejissorları, aktyorları, yerli ictimaiyyətin və Parisdə yaşayan müxtəlif xalqların diaspora nümayəndələri iştirak ediblər.

  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
  • “Xarıbülbül
Chosen
38
8
day.az

9Sources