EN

Ukrayna müharibəsində ilk – Cəbhədə üz-üzə gəldilər

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya 10 min əsgər göndərdiyi xəbəri gündəmdə qalarkən, Ukrayna hökumətindən mövzu ilə bağlı tənqidi açıqlama gəlib. 

News24.az xəbər verir ki, Cənubi Koreyanın rəsmi mətbuatına açıqlamasında Ukrayna müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.

Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin "kiçik miqyaslı qarşıdurmada iştirak etdiyini" deyib və əlavə edib ki, "münaqişə bütün qüvvələrin səfərbər edildiyi sistemli şəkildə təşkil edilmiş münaqişə səviyyəsində deyil". 

Münaqişənin vaxtı və yeri ilə bağlı ətraflı məlumat verməyən Umerov hadisənin “Şimali Koreyanın müharibədə iştirakının başlanğıcı kimi qiymətləndirilə bilərmi” sualına “bəli” cavabını verib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da sosial media platformasında verdiyi açıqlamada Şimali Koreyanın Ukraynaya qarşı Rusiyanın tərəfində müharibəyə girdiyini təsdiqləyib.

“Kurskda Şimali Koreyanın hərbi hissələri ilk dəfə atəşə tutulub”, - deyə o bildirib.

Aynurə



Chosen
44
5
news24.az

5Sources