EN

AÇG-dən dövlətə 1,8 mlrd. kubmetr səmt qazı ötürülüb

Bakı. Trend

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG)neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən, SOCAR-aSəngəçal terminalı, həmçinin, "Neft Daşları"ndakı qurğu vasitəsilə1,8 mlrd. kubmetr səmt qazı ötürülüb.

Trendbu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilinilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadənxəbər verir.

Hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,5 mln.kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaqməqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor(7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,31%)

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişinpodratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”şirkəti operatordur.

Chosen
80
21
az.trend.az

10Sources