EN

Erməni diasporu kimi seçəcək – Tramp, yoxsa Harris?

Amerikadakı ən böyük erməni diasporu olan Amerika Erməni Konqresi sabah keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, “Hay Dat” kimi tanınan diaspor təşkilatı bəyan edib ki, ABŞ-da yaşayan ermənilər prezidentliyə namizədlərdən heç birini dəstəkləməyəcəklər.
Açıqlamada qeyd edilir ki, istər Donald Tramp, istərsə də Kamala Harris Azərbaycanı dəstəkləyiblər. “Hər iki tərəf Azərbaycanın silahlanmasına, Azərbaycana soyqırımına kömək edilməsinə və ermənilərin Qarabağın tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Onların heç birini dəstəkləmirik. Lakin hər iki namizəd bir sıra məsələləri qaldıra və keçmiş səhvlərini düzəldə bilərlər”.

Chosen
20
tribunainfo.az

1Sources