EN

Azərbaycanda hansı avtomobillər istehsal edilir? - ADLAR

Azərbaycanın sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilir.

 

Sfera.az İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə bu il sənaye zonalarında avtomobil satışı 60%-dən çox artıb.

 

2018-ci ildən 2024-cü ilin 9 ayı daxil olmaqla, ölkənin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib. Həmçinin cari ilin yanvar-sentyabr aylarında Hacıqabul Sənaye Parkında 53,86 milyon manatlıq 1901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 25,9 milyon manatlıq 1072 ədəd avtomobil satışı həyata keçirilib.

 

Avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 60% artıb.

 

Vasif

Sfera.az

Chosen
23
4
sfera.az

10Sources