EN

Üzüm aldığımız və satdığımız ölkələr - Qiymətlər

Cari ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 71,29 ton təzə üzüm gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına 74,8 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan üzümün bir kiloqramının orta gömrük qiyməti 1,05 dollar (1,78 manat) olub. Əsas üzüm gətirilən ölkə Peru olub. Belə ki, Perudan bu dövrdə 15,31 ton miqdarında üzüm gətirilib.

Azərbaycanın üzüm aldığı ölkələrin siyahısı, miqdarı və məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Üzüm alınan ölkələr Miqdar Məbləğ min ABŞ dolları
  Cənubi Afrika Respublikası 14,71 17,07
  Çili 21,9 21,9
  Çin 0,04 0,36
  Hindistan 14,16 14,47
  Misir 0,6 0,6
  Namibiya 0,62 0,62
  Peru 15,31 15,38
  Türkiyə 3,95 4,42

Cari ilin 8 ayında isə Azərbaycandan xaricə 1 875,79 ton miqdarında, 1 milyon 612,91 min ABŞ dolları dəyərində üzüm satılıb. Satılan üzümün bir kiloqramının orta gömrük qiyməti 0,86 dollar (1,46 manat) olub. Ən çox üzüm 1 679,52 ton miqdarı ilə Rusiyaya satılıb.

 Azərbaycanın üzüm satdığı ölkələrin siyahısı, miqdarı və məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Üzüm satılan ölkələr Miqdar Məbləğ min ABŞ dolları
  Belarus 56 47,68
  Qazaxıstan 7,5 5,62
  Rusiya 1679,52 1468,8
  Birləşmiş Ərəb Əmirlikləri 20,09 26,12
  Qətər 6,93 6,52
  Türkiyə 105,75 58,16

Əvəz Həsənov

Chosen
50
valyuta.az

1Sources