EN

Qəzza zolağında ölən jurnalistlərin sayı  DƏHŞƏT YARATDI

"Qəzza zolağında Fələstin-İsrail arasında hazırkı eskalasiya zamanı həlak olan media işçilərinin sayı 182 nəfərə çatıb".

Adalet.az
xəbər verir ki, bu barədə Bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.


“Qəzza zolağında davam edən soyqırımı işıqlandırmaq jurnalistlərə ciddi fiziki və psixoloji zərbə vurur. Bütün Qəzza zolağında jurnalistlər üçün vəziyyət inanılmaz dərəcədə çətin və təhlükəlidir”, - deyə telekanal qeyd edir: “Söhbət bu soyqırım zamanı öldürülən 182 jurnalistdən gedir, onlardan bəziləri ailələri ilə birlikdə öldürülüb”.
Kanal iddia edir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır və hərbi hava hücumlarına məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə işıqlandırmasını çətinləşdirir.

Xatırladaq ki, ötən ay Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 86 media işçisinin öldüyünü təsdiqləmişdi.

 Əntiqə Rəşid

Chosen
27
adalet.az

1Sources