EN

"Real"ın keçmiş futbolçusu Ermənistan millisinə rəhbərlik edə bilər

"Real Madrid"in və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzales Ermənistan millisinin yeni baş məşqçisi ola bilər.

 90deqiqe.Az xəbər verir ki, Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan "FastNews"a bildirib ki, heç bir məşqçi Ançelotti və ya Qvardiola olsa belə, millini dünya çempionatına apara biləcəyinə zəmanət verə bilməz.

Nikoqosyan qeyd edib ki, Ermənistan millisinin baş məşqçisi vəzifəsinə bir neçə mütəxəssis baxılır.

“Danışıqlar çox gərgin gedir. Mişel Ter-Zakaryanla danışdıq, lakin onun böyük maliyyə problemləri var. Marqar Ağacanyan və Raul Qonzaleslə hələ də variantlar var”, - deyə Ermənistan Futbol Federasiyasının vitse-prezidenti əlavə edib.

Xatırladaq ki, bundan əvvəl ukraynalı məşqçi Aleksandr Petrakov Ermənistan komandası ilə çalışıb.

Chosen
23
90deqiqe.az

1Sources