EN

Azərbaycandan Avropaya qaz ixracatı artıb

"Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb:

"Həmin dövdə Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib. Bu əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib. Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən, Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub".

Chosen
13
11
adalet.az

10Sources