EN

Lənkəran və Sumqayıtda bu tarixdə güzəştli mənzillər satışa çıxarılacaq –MİDA-dan AÇIQLAMA

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Sumqayıt Yaşayış Kompleksi üzrə – 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli;

Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina №Binanın yerləşdiyi tikinti sahəsi (m²)Binada mərtəbə sayıBinaya giriş sayıMənzillərin otaqlarının sayıMənzillərin sayıMənzillərin daxili perimetr üzrə sahəsi (m²)Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)Baş podratçı / ünvanıTikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
2458.312122459.971.8“HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 1422-09-24
32478.593.7
3515.912134877.7 – 82.193.3 – 99.322-09-24
4423.69121959.7 – 60.972.7 – 74.7“CONCO” QSC, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81A, mənzil 1/2/3.31-05-24
31778.193.8
5694.1912859.772.231-05-24
32478.1 – 82.393.7 – 99.5
6413.79121659.772.931-05-24
31678.193.8
7412.69121659.772.9“Hünər-İnşaat” Firması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 6331-03-24
31678.193.8
8694.1912859.772.231-03-24
32478.1 – 82.393.7 – 99.5
9438.99121059.7 – 60.872.1 – 74.731-03-24
32678.1 – 82.493.8 – 99.5
10515.912134877.7 – 82.193.3 – 99.3“HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 1422-09-24
11438.312121259.771.822-09-24
33677.2 – 78.593.4 – 93.7
Chosen
39
azpost.info

1Sources