EN

"Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bütün rayonlarda, o cümlədən Bakıda rəsmi kəsim yerləri müəyyən edib. Həmin yerlərə də AQTA özü nəzarət edir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “AQTA təklif edir ki, dönər ətlər oradan alınsın. Yəni o ətin mənbəyi olsun. Ümumiyyətlə, ətdən zəhərlənmələr az olur. Ət zəhərli hala keçəndə o iylənmiş və göyərmiş olur, pis qoxu verir. Buradakı ciddi məsələlərdən biri dönərxanalarda vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, oradakı mayonezlərdi, digər inqrediyentlər, bugündən sabaha qalan dönərlər məsələsi önə çəkilməlidir.

Onu da qeyd edək ki, həmin qeyd olunmuş yerlərdən ət alanda oradan bir kağız alacaqlar, o kağızı divardan asacaqlar. Yəqin ki ondan sonra özləri bildikləri ətdən çəkəcəklər və ona da heç kəs nəzarət edə bilməyəcək. Çünki çox geniş bir şəbəkədir. Yəni bu da məsələni xilas etmir və çox effektli bir üsul deyil. Ona görə Azad İstehlakçılar Birliyi daha rasional üsullara əl atılmasını istəyir. Məsələn, ola bilər ki birdəfəlik şişlər olsun. İstehlakçı görsün ki, həmin şişə taxılan dönər lazımi müəssisədə yığılıb bu dönər artıq bura gətirilib və s. Ölkədə dönərləri o standartlara uyğun istehsal edən 2 müəssisə mövcuddur. Həmin müəssisələrdən həm də -40 dərəcə şok dondurma aparatları var. Yaxşı olar ki, müəssisələr dönərləri oradan alsınlar”.

Ayşən Vəli

Chosen
45
sia.az

1Sources