EN

Serbiya prezidenti parlamentə səsləndi: “Xalqın rəyi önəmlidir”

Serbiya prezidenti Aleksandr Vuçiç müxalifətin istefa tələbinə cavab olaraq referendumun keçirilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu, Novi Sadda dəmiryol vağzalında tavan uçduqdan sonra baş verib.

Vuçiç  bildirib ki, parlament xalqdan prezidentin vəzifəsindən kənarlaşdırılması ilə bağlı məsləhətçi rəy istəsin: “Xalqın 50 faizi razı olduğunu desə, mən daha prezident olmayacağam. Əgər bu baş versə biz  prezident seçkilərinə gedəcəyik”, – deyən siyasətçi seçkilərin yanvar, mart və ya may aylarında keçirilə biləcəyini əlavə edib. Bundan əvvəl Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç Novi Saddakı vağzalda baş vermiş faciə ilə əlaqədar istefa verdiyini açıqlamışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
48
konkret.az

1Sources