EN

Günelin ən böyük xəyalı gerçəkləşdi

Müğənni Günel Zeynalova uzun müddətdir ən böyük arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, sənətçi İbrahim Tatlısəsin mahnılarını ifa edib və onları albom şəklində hazırlayıb.

 

"Xəyalım gerçəkləşdi" deyən Günel "Dolu, dolu... Tam 18-lik İbrahim Tatlısəs mahnıları. Böyük musiqiçi ansamblı, bəstələr, heç dəyişdirmədən nostalji dolu 3 ilin sonunda istədiyimin eynisi oldu. Mahnıları, oxumağı qardaşım Tunar Rəhmanoğlu etdi. Bir neçə gün sonra yutub kanalımda dinləyə bilərsiniz" sözlərini əlavə edib. 

 

Albomda Tatlısəsin "Haydi söylə", "Bir kulunu çok sevdim", "Ağlıyorum kahrından" kimi məşhur mahnıları yer alıb. Günel bununla bağlı hazırladığı videoda isə Tatlısəslə ilk görüşlərindən olan kadrı yerləşdirib.  

Tarix: 5 Noyabr 2024, 14:09   
Chosen
17
1
pravda.az

2Sources