EN

Netanyahu İsrailin baş prokurorundan məlumat sızmaları ilə bağlı araşdırma tələb edib

Bakı, TurkicWorld

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin baş prokuroru Qali Baharav-Miaraya məktub göndərərək, təhlükəsizlik məsələləri üzrə iclaslardan sızan məlumatların araşdırılmasını tələb edib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, məktubun mətni hökumət başçısının ofisi tərəfindən yayımlanıb.

"Ciddi məlumat sızmaları və məxfi məlumatların ifşa edilməsi hallarının baş verdiyi müşahidə olunub. Bu sızmaları araşdırmaqla bağlı dəfələrlə xahiş etməyimə baxmayaraq, heç bir şey edilməyib", - Netanyahu baş prokurora müraciətində yazıb.

Xətırladaq ki, noyabrın əvvəllərində "The Times of Israel" qəzeti, İsrail kəşfiyyat xidmətlərinin məxfi məlumatların sızdırılması ilə bağlı bir neçə şübhəlini saxladığı barədə xəbərlər yayıb.

Chosen
9
2
turkic.world

3Sources