EN

İddia: Sandunun prezidentliyi legitim deyil

Hurriyyet.az "Qazeta.ru" portalına istinadla xəbər verir ki, Kreml Mayya Sandunu Moldova Prezidenti kimi tanımaqdan imtina edir.

RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri PEskov Moldovada keçirilən seçkilərin nəticələrindən danışarkən deyib: "Mayya Sandunu bu ölkənin prezidenti hesab eləmək olmaz. Çünki vətəndaşların əksəriyyəti onun lehinə səs verməyiblər".

Peskovun sözlərinə görə, Rusiya ərazisində yaşayan Moldova vətəndaşlarının çoxuna, Aİ ərazisindəki həmvətənlərindən fərqli olaraq, seçkilərdə iştirak etmək imkanı verilməyib.

Peskov deyib: "Moldovadakı seçkilər nə dürüst, nə də demokratik olub, onlar seçki manipulyasiyaları şəraitində keçirilib. Sandu prezident deyil, çünki ölkənin özündə əksəriyyət ona səs verməyib. İndiki Moldova rəhbərliyinə gəlincə, onlar indiyə qədər ölkəmizlə dost münasibətlərin inkişafına heç bir maraq göstərməyiblər".

Hürr Tərcüman

Chosen
63
hurriyyet.az

1Sources