Çinin Vətəndaşlıq İşləri Nazirliyi cümə günü ölkədə nikah nisbətləri ilə bağlı son məlumatları açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, verilən açıqlamada bildirilib ki, belə davam edərsə, nikah nisbətləri ilə bağlı rekordların başladığı 1980-ci ildən bəri ən aşağı rəqəmlər görünəcək.
2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evləndiyi halda, keçən ilin eyni dövründə bu rəqəm 5,69 milyon idi.
Beləliklə, nikah nisbətində yüzdə 16,6 faiz azalma qeydə alınıb. 2013-cü ildə 13 milyon toyla zirvəyə çatan nikahların sayı 2022-ci ildə 6,83 milyona enib.
2024-cü ildə bu rəqəmin daha da azalacağı gözlənilir.
Çində nikahların azalması ilə yanaşı doğum nisbətinin azalması da ciddi narahatlıq doğurur.
2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona düşüb. 2022-ci ildə doğum səviyyəsi 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri ən aşağı səviyyəyə çatıb.
7News.Az