EN

Saxta hesab bəlası: Bu tora daha çox yaşlı nəslin nümayəndəsi düşür

Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin olunub.
İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, VAZ-2107 avtomobili ilə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbə vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədib.
Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, son ayların problemlərindən biridə online dələduzluqla bağlıdır:

“Ən çox rast gəlinən vəziyyət bank kartlarından vəsaitlərin ələ keçirilməsi məsələsidir. Burada da çox vaxt  məlumatsızlığımızın qurbanı oluruq. Məlumatsızlıq öz seçimimiz olduğu üçün də könüllü olaraq aldanmağa meyillənirik. Çox vaxt görürük ki, başqasının adına səhifə açaraq onun xəstəliyindən sui-istifadə edib yardım kompaniyaları həyata keçirilir. Yardım edən şəxslər isə elə zənn edirlər ki, həmin vəsait şəxsin özünə gedir. Daha sonra məlum olur ki, bu əslində dələduzların oyunu imiş. Bəzən də belə səhifələr əks cins ilə münasibət qurmaq üçün açılır. Belə tanışlıqlar isə daha çox maddi maraqlar güdür. Ola bilsin qadın kişidən pul almaq üçün, kişi isə tanışlıq, pul və ya hər hansı görüntü təmənnası ilə saxta hesab açır. İnternetlə olan tanışlıqlar çox vaxt məyusluqla bitir. Qarşı tərəf bir birini görmədən yazışıb danışırsa, və onun haqda heç bir məlumata malik deyilsə, şüphə duymalıdır. Bütün hallarda öz məlumatsız olmağımızın qurbanı oluruq. Bu tora daha çox yaşlı nəslin nümayəndəri düşür”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsində saxta profillərin məsuliyyətindən bəhs olunur:
“148-1-ci maddə İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə adlanır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Chosen
17
2
sherg.az

3Sources