EN

Barselona da suya qərq oldu - Video

İspaniyada baş verən daşqınlar Barselona şəhərini də su altında qoyub.

Axar.az xəbər verir ki, bununla bağlı “El Mundo” saytı görüntülər paylaşıb.

Dünən gecədən başlayan və bu gün günorta saatlarına qədər davam edən leysan yağışlar səbəbindən xüsusilə Barselona, Jirona və Tarraqona şəhərlərində nəqliyyat iflic olub.

Güclü yağışlar ciddi fəsadlara, o cümlədən Barselona hava limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub.

Daşqınlar Kataloniyanın mərkəzini və onun ətraf rayonlarını su altında qoyaraq, regionda dəmir yolu xidmətlərinin tamamilə dayandırılmasına səbəb olub.

Hakimiyyət fəlakətin nəticələrinə nəzarət etmək üçün böhran komitəsi yaradıb.

Qeyd edək ki, İspaniyanın Valensiya əyalətində yağan güclü yağışlar nəticəsində 217 nəfər ölüb. Valensiya şəhəri iflic vəziyyətə düşüb.

Chosen
31
16
axar.az

10Sources