EN

Tovuzdakı bu olaya görə “Qarabağ” ziyana düşdü

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən “Turan Tovuz” – “Qarabağ” oyununda azarkeşlərin davranışlarına görə hər iki komandanı cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibi klub tərəfdarlarının pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat cərimələnib.

Bundan başqa, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün qərb təmsilçisi 800 manat cərimə ödəməli olacaq.

“Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə isə stadiona dəymiş zərəri “Qarabağ” klubu ödəyəcək.

Chosen
27
2
idmanxeber.az

3Sources