EN

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Ermənistan Qarabağdan getmiş ermənilərə sürətləndirilmiş qaydada vətəndaşlıq verir. 

Demokrat.az bildirir ki, Ermənistan DİN-nin yaydığı rəsmi açıqlamada deyilir ki, Qarabağdan olanlar sürətləndirilmiş prosedurla vətəndaşlıq ala bilərlər.

Bunun üçün onlar İrəvanda Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə və bölgələrdə – Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin istənilən ərazi bölmələrinə müraciət etməli, lazımi sənədləri verməlidirlər.

“Bir-iki ay ərzində siz Ermənistan Prezidentinin fərmanı ilə vətəndaşlıq verildiyinə dair qısa mesaj alacaqsınız. Növbəti mərhələdə, artıq Ermənistan Respublikasının vətəndaşı olaraq, yeni pasport almaq üçün ərizə yazmalısınız”-deyə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Chosen
1
1
demokrat.az

2Sources