EN

Türkiyədə parçalanmış halda tapılan uşaq dəfn edildi

Vətəndaşlar tərəfindən parçalanmış halda tapılan uşaq dəfn olunub.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Sivas bölgəsində baş verib.
 
Vətəndaşlar parçalanmış uşağı tapdıqdan sonra hadisə yerinə polis və təcili yardım qrupları çağırıblar. 
 
Uşağın cəsədi polis əməkdaşları tərəfindən araşdırıldıqdan sonra yarılma üçün meyitxanaya aparılıb. Yarılma prosesi başa çatandan sonra körpə dəfn olunub.

Dəfn olunan uşağın məzarı üstünə "Kimsəsiz mələk körpə" yazısı yazılıb.
 
Digər tərəfdən, müayinə zamanı uşağın döl deyil, yeni doğulmuş olduğu məlum olub. Polis İdarəsinin əməkdaşları uşağı küçəyə atanları fəal şəkildə axtarmağa başlayıblar.
 
 
 

Chosen
15
1
7news.az

2Sources