EN

Rusiya Kim Çendən 12 min əsgəri düyü ilə alıb - Hərbi ekspert

Kursk bölgəsinə gələn Şimali Koreya hərbçilərinin vəzifəsi ruslarla birlikdə ukraynalıları da öldürməkdir.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bunu “Defence Express”in baş redaktoru Oleq Katkov deyib.

“Əgər söhbət KXDR ordusundan gedirsə, deməli, onlar rus hərbçiləri ilə üz-üzə dayananları, yəni ukraynalıları öldürənlərdir”, - Katkov vurğulayıb.

Ekspert qeyd edib ki, Rusiya KXDR-dən 10-12 minə yaxın şəxsi heyət alıb və bu hərbçilər birbaşa döyüş əməliyyatlarında iştirak edəcəklər.

"Biz "top yemi" ticarətindən danışırıq. Onlar hətta pul deyil, düyü qarşılığında döyüşməyə gəliblər. Son məlumatlara görə, KXDR Rusiya Federasiyasından kifayət qədər əhəmiyyətli ərzaq tədarükləri alacaq. Bu düyünün pulunu KXDR Rusiya Federasiyasın pasportunu alan hərbçiləri ilə ödəyir”, - Katkov əlavə edib.

O qeyd edib ki, Şimali Koreyadan döyüş qabiliyyətli hərbi qulluqçular Rusiyada ilkin təlim keçirlər:

"10-12 minlik bu qoşun əvvəlcə bir neçə həftəlik birləşmiş silah hazırlığı kursundan keçirlər, bu müddət rus zabitlərinin standart əmrlərini yerinə yetirməyi öyrənirlər. Yəni sphbət ayrı bir korpusun yaradılacağından getmir. Sadəcə, KXDR əsgərləri cəbhənin eyni ərazisində rus bölmələri ilə çiyin-çiyinə tapşırıqları yerinə yetirəcəklər".

Zaur, BakuPost
Chosen
16
bakupost.az

1Sources