EN

Putin Bakı ilə İrəvan arasındakı münasibətlərdən DANIŞDI

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanması üçün hər şeyi edir.

"Unikal" TASS istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  

"Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. Biz 2020-2022-ci illərdə ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin bloklanması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”, - Putin bildirib. 

Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan liderlərinin faydalı söhbətinə də diqqət çəkib:

"Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm". 

Gülayə Mecid

 

Chosen
14
48
unikal.az

10Sources