EN

G7 xarici işlər nazirləri Rusiya və KXDR ordusu ilə bağlı məlumatlardan CİDDİ NARAHATDIR

G7 ölkələrinin, həmçinin Yeni Zelandiya, Avstraliya və Cənubi Koreyanın xarici işlər nazirləri Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsindən ciddi narahatdırlar.

İnterpress.az xəbər verir ki, G7 ölkələri və onların müttəfiqləri Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı qətiyyətlə pisləyən bəyanat qəbul ediblər.

Xarici işlər nazirləri Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi barədə məlumatla bağlı ciddi narahatlıq ifadə ediblər.

Nazirlərin sözlərinə görə, tərəflər cavab tədbirləri üzərində beynəlxalq tərəfdaşlarla birgə işləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources