EN

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayıAÇIQLANDI

Cari ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 0,25 faiz artaraq 2401 nəfər olub.

Cari ilin üçüncü rübünün yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Həmçinin hesabat dövründə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyib. Qeyd olunan dövr ərzində bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübündə təqribən 1 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 20 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.

Chosen
50
azpost.info

1Sources