EN

“Qarabağ” Norveçə getdi - FOTO

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Budyo Qlimt"lə matç üçün Norveçə yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Noyabrın 6-da yerli vaxtla saat 17:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.

Qeyd edək ki, "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
27
17
milli.az

10Sources