EN

Şahin Diniyevi qarşıda nə gözləyir? – özü açıqladı

Bəli, artıq Şahin Diniyev “Səbail”in baş məşqçisi deyil. Mütəxəssis “Kəpəz”lə səfər oyunundakı məğlubiyyətin ardından mətbuat konfransında istefa verdiyini açıqladı.

Beləliklə, yayda klubla müqaviləsinin müddətini bir il uzadan çalışdırıcısı 12 turdan sonra “gəmini tərk etdi”. Səbəblərdən xəbərdarsız. Bayıl təmsilçisi 7 xalla 9-cu pillədə qərarlaşıb və hadisələrin axarı komandanın premyer-liqanı tərk etməsiylə nəticələnə bilər.
Bəs Şahin bəyin planları hansı yöndədi?

Diniyevin “Football-plus.az”a açıqlaması:

“Hər şey yaxşıdı. İnanıram ki, daha yaxşı olacaq. Təbii ki, fəaliyyətimə məşqçi kimi davam etmək fikrindəyəm. Bir qədər istirahət etməliyəm. Başqa məsələlər haqda danışmaq istəmirəm”.


KƏNAN BAHADIR
Chosen
21
football-plus.az

1Sources