EN

Qərbin Qazaxıstanı Rusiyadan “qoparmaq” cəhdlər boşa çıxır – Lavrov

Qərbin Qazaxıstanı Rusiyadan “qoparmaq” cəhdlərinə baxmayaraq, Astana ilə əməkdaşlıq uğurla inkişaf edir.

İnterpress.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Moskva anti-Rusiya sanksiyalarına əməl olunması məsələsində Qərb emissarlarının Qazaxıstanla apardığı aktiv işi görür.

Bunun fonunda Lavrov qeyd edib ki, Rusiya Federasiyası və Qazaxıstan “Qərbin məhdudiyyətləri altında belə ikitərəfli ticarəti artırmağa davam etməyə imkan verəcək optimal qarşılıqlı fəaliyyət formalarını tapmaq üçün” birlikdə işləyir.

Hazırda Qazaxıstan prezidenti Tokayev Fransada dövlət səfərindədir və səfər zamanı fransalı həmkarı Makronla görüşür.

Eyni zamanda, Lavrovun Astanaya işgüzar səfəri noyabrın 6-7-də baş tutacaq.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources