EN

Rusiyalı xokkeyçi davadan sonra dünyasını dəyişib

“Metallurq” (Abaza) komandasının xokkeyçisi Artyom Tortoçakov Xakasiyanın paytaxtı Abakandakı əyləncə mərkəzi yaxınlığında baş verən davadan sonra dünyasını dəyişib.

Qaziler.az izvestiya-ya istinadən bildirir ki, noyabrın 5-də Rusiya Federasiyasının İstintaq Komitəsinin (İK) region üzrə məlumatına görə, dava şifahi münaqişə zəminində başlayıb.

“İstintaqın məlumatına görə, 2024-cü il noyabrın 2-dən 3-nə keçən gecə zərərçəkmiş və şübhəli şəxs Abakan şəhərindəki əyləncə müəssisələrindən birinin yaxınlığında olarkən münaqişəyə giriblər. Mübahisə nəticəsində şübhəli şəxs zərərçəkənin başına bir neçə zərbə endirib”, - idarənin “VKontakte” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Xəstəxanaya çatdırılan zərərçəkmiş kəllə-beyin travması nəticəsində dünyasını dəyişib.

İstintaq Komitəsinin Ərazi və Xakasiya üzrə Baş İstintaq İdarəsi TASS-a ölənin Tortoçakov olduğunu təsdiqləyib.

“Metallurq”un mətbuat xidməti idmançının vəfatı ilə bağlı başsağlığı verib.

QAZİLER.AZ

Chosen
28
qaziler.az

1Sources