EN

Bakıda bu küçələrin kəsişməsində tez-tez qəzalar baş verir; niyə işıqfor qoyulmur? – AÇIQLAMA - VİDEO

Paytaxtın Binəqədi rayonunda hərəkətin intensiv olduğu küçələrin kəsişməsində işıqfor yoxdur.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, buna görə də ərazidə tez-tez qəzalar baş verir. Sözügedən yollara paralel olan Ağasadıq Gəraybəyli və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində də işıqfor yoxdur. Piyadaların sözlərinə görə, ərazidə işıqforun olmaması tez-tez qəzaların baş verməsinə səbəb olur.

Sürücülər isə bildirirlər ki, bu yollarda avtomobillərin idarə edilməsi çətinləşir.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, qeyd olunan kəsişmələrdə piyada keçidlərinə işıqforların quraşdırılması məsələsinə baxılır. Yoldan istifadə edən piyadaların intensiviliyi və yarana biləcək nəqliyyat ləngiməsi araşdırıldıqdan sonra aidiyyəti üzrə işlər görüləcək.

Chosen
21
2
avtosfer.az

3Sources