EN

Manatla bağlı mühüm xəbər – TARİX AÇIQLANDI

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında 10 ay ərzində Neft Fondunun 5 milyard 919,4 milyon dollar satdığını bildirib. Onun sözlərinə görə, valyuta satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar və ya 2,3 dəfə artıb. Bundan başqa o, Mərkəzi Bankın valyuta ehtiyatlarının bu ilin 10 ayında 241 milyon dollar azaldığını qeyd edib.

Ekspertin firkincə, manatın məzənnəsini inzibati qaydada, əmrlə, qərarla sabit saxlamaq getdikcə daha da çətinləşəcək…

Sual yaranır: Belə olan təqdirdə yaxın zamanda dollar bahalaşması gözlənilirmi?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov isə deyib ki, Neft Fondunun bazara çıxartdığı valyuta satışından əldə olunan vəsaitlər əsasən dövlət büdcəsinin gəlirlərinin formalaşmasına yönəldilən vəsaitlərdir.

Sabiq nazirin sözlərinə görə, ötən illə müqayisədə cari ilin on ayı ərzində valyuta satışının həcminin bu qədər artmasının müxtəlif səbəbləri mümkündür:

Fikrət Yusifov

“Bu səbəbləri bilmədən, valyuta satışının həcminin nə üçün artdığı sualına əsaslı cavab vermək mümkün deyil. Ola bilər ki, bir müddət dövlət büdcəsində yaranmış profisit səbəbindən Neft Fondundan nəzərdə tutulmuş vəsaitlərin transferi zamanla gecikdirilib və s. Yəni mətbəxdə nə baş verdiyini bilmədən onu yozmaq olmaz. Mərkəzi Bankın valyuta resurslarının da bir qədər azalması manatın məzənnəsinə hər hansı bir təhlükənin yaranması anlamına gələ bilməz”.

F.Yusifov Mərkəzi Bankın ən azından gələn ilin sonlarına qədər manatın sabitliyini təmin edəcəyini vurğulayıb:

“Bundan sonra atılacaq addımlar isə dünya iqtisadiyyatında baş verən prosseslərlə və eyni zamanda neftin qiymətlərinin özünü necə aparacağından asılı olacaq. Bütün bu söhbətlər fonunda bir həqiqəti söyləməliyik – Azərbaycan zamanla milli valyutanın üzən məzənnəyə keçməsini də göz önünə alıb Ümümdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşmalıdır. Nə qədər gec olsa da, biz artıq bu təşkilata üzv olmaq haqqında ciddi düşünməliyik…”

Chosen
40
2
medianews.az

3Sources