EN

Küveytin nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə birlikdə çalışmalıyıq

İslam dinində bəşəriyyətin və ətraf-mühitin qorunması bütün insanlara tapşırılıb. Məhz bu səbəbdən iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birlikdə çalışmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 5-də COP29 çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında Küveytin vəqflər və islam işləri nazirinin müavini Bader Al-Mutairi deyib.

O qeyd edib ki, Küveytdə iqlimlə bağlı problemlərlə mübarizə, yaşıl enerjinin istehlakı istiqamətində olduqca geniş işlər aparılır: “Dost Azərbaycan da bu sahədə nümunəvi ölkələrdən biridir. Burada bir çox dinlərin mənsubları Yer kürəsini qorumaq üçün bir araya gəliblər. Hazırda dinlərarası müxtəlifliyə baxmayaraq, iqlim dəyişikliyi hər kəsin qlobal problemidir. Düşünürəm ki, təhsildə iqlimlə bağlı xüsusi dərslər, maarifləndirmə tədbirləri keçirilməlidir. Gələcək nəsillərin həyatı bizim əlimizdədir”.

1Sources