EN

Trump Media-nın səhmləri Nasdaq-da 15% bahalaşıb

Bakı. Trend:

Respublikaçılar Partiyasından prezidentliyə namizəd DonaldTrampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektronbirjasında 15% artım göstərib.

Trend-inməlumatına görə, “Truth Social” sosial şəbəkəsinin sahibi olan“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hərbiri 39,3 dollara yüksəlib. Bakı vaxtı ilə saat 22:25-də artımsürətlənərək qiymət hər səhm üçün 39,57 dollara (+15,23%)çatıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilərkeçirilir. Seçicilər prezident, Senatın üçdə birini və ABŞKonqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, eləcə də 11ştatın və 2 ərazinin qubernatorlarını seçəcəklər.

Respublikaçı namizəd Donald Tramp və hazırkı hakim DemokratPartiyasını təmsil edən Kamala Harris dövlət başçısı postunaiddialıdırlar.

Chosen
23
2
az.trend.az

7Sources