EN

Kulubayev: Münasibətlər və əməkdaşlığımızın inkişafı diqqət mərkəzində olacaq

Bu gün Türk Dövlətləri Təşkilatının Sammitində Bişkek Bəyannaməsi qəbul ediləcək.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev bildirib.

Nazir deyib ki, TDT Xarici İşlər Nazirlərinin Şurasının iclasında Sammitin gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq.

"İlk növbədə münasibətlər və əməkdaşlığımızın inkişafı diqqət mərkəzində olacaq. Ölkələrimiz arasında siyasi dialoq, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. Yaşıl iqtisadiyyat da diqqət mərkəzində olacaq. Sammitdə Yaşıl Konsepsiyanı müzakirə edəcək və qəbul edəcəyik", - deyə o bildirib.

Chosen
45
50
apa.az

10Sources