EN

"Ferrari" gəlirini 7% artırıb

İtaliyanın məşhur idman avtomobilləri istehsalçısı “Ferrari” gəlirini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, 2024-cü ilin üçüncü rübündə gəlirini 7% artırıb.

Amma şirkət bu artımın bazar gözləntilərinə cavab vermədiyini bildirib.

2024-cü ilin iyul-sentyabr aylarında şirkətin gəliri 1,64 milyard avro təşkil edib. Ötən il bu göstərici1,54 milyard avro idi.

Üçüncü rübdə şirkətin xalis mənfəəti bir il əvvəl 332 milyon avro ilə müqayisədə 13% artaraq 375 milyon avroya çatıb.

Chosen
25
iqtisadiyyat.az

1Sources