EN

ABŞ seçkiləri: NYT qalibin adını açıqladı

ABŞ-da prezident seçkiləri finiş xəttinə çatıb. Alyaska və Havaydan başqa bütün ştatlar seçki məntəqələrini bağlayıb. Bununla belə, yekun nəticələr bir neçə gün ərzində açıqlana bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) yazır.

Son hesablamalara görə, Demokratlar Partiyasının namizədi Kamala Harris 210 (47.5%), onun respublikaçı rəqibi Tramp 230 səs (51.1%) toplayıb.

NYT Respublikaçı Trampın qalib gəlmə şansını 88 faiz qiymətləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
15
teleqraf.com

1Sources