EN

“Zirə” “Araz-Naxçıvan”la bağlı tilsimi qıra biləcəkmi? - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 3-cü turdan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyunu keçiriləcək.

Oyunu “CBC Sport” canlı yayınlayacaq.

Misli premyer-liqası
1-ci dövrə, 3-cü tur
6 noyabr
Zirə - Araz-Naxçıvan

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 2:+0=1-1, 0:1.
2023/24 - 0:0, 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.

“Zirə” avqustda avrokuboklarda çıxış etdiyinə görə bu matç “qartallar”ın, “Araz-Naxçıvan”ın və PFL-in ortaq qərarıyla ertələndi. Sabah qəsəbə təmsilçisi belə demək mümkünsə, “qırmızı-ağlar”a olan “borcunu ödəyəcək”.

Ötən həftələr ərzində keçirilən matçlar bu görüşün önəmini daha da artırıb. İndi hər iki komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır və turnir cədvəlinin qonşu pillələrində qərarlaşıb. Bu üzdən oyunun 6 xal dəyərində olduğunu deyə bilərik.

Rəşad Sadıqovun komandası son turda “Şamaxı”nı səfərdə məğlub etməklə psixoloji durumunu daha da yaxşılaşdırdı. Bu başqa məsələ ki, indi rəqiblə müqayisədə bir qədər yorğundu. Axı “Araz-Naxçıvan” sonuncu oyununu cümə, “Zirə” isə şənbə günü keçirib. Deməli, Muxtar Respublika təmsilçisinin hazırlıq üçün daha çox vaxtı olub. Təbii ki, heç nə “qartallar” üçün bəhanə ola bilməz. Komanda üç oyunluq məğlubiyyətsizlik seriyasına malikdi. Növbəti qələbə “Zirə”ni 3-cü pillədə olan rəqibinə yaxınlaşdıracaqsa, ən yaxın izləyicisi “Sabah”ı da 7 xal qabaqlamasına səbəb olacaq. “Araz-Naxçıvan” isə ikinci pilləni “Turan Tovuz”un əlindən almağa çalışacaq. 10 oyundu uduzmayan “qırmızı-ağlar” “Neftçi”nin meydanından üç xalla ayrılmaqla azarkeşlərini sevindirdi.

Yeri gəlmişkən, bu komandaların 10 gün əvvəl – oktyabrın 26-da keçirilən qarşılaşmansında 1:1 hesabı qeydə alınıb. Nəticənin bu dəfə necə olacağı, təbii ki, maraq doğurur. Görəsən, “qartallar” tarixində ilk dəfə “qırmızı-ağlar”ı məğlub yola salacaqmı?

Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Bunların 1-də “Zirə”, 2-də “Araz-Naxçıvan” qələbə qazanıb. 2-də hərəyə bir xal düşüb. Topların nisbətində qəsəbə təmsilçisi öndədi – 4:3.

KƏNAN BAHADIR

Chosen
37
football-plus.az

1Sources