EN

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır.

Hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10 %-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) müraciət edə bilərlər.

Chosen
29
9
sam.az

10Sources