EN

Rusiya ordusu modernləşdirilmiş “Solntsepek” alov sistemini alıb

“Uralvaqonzavod” konserni Ukraynada xüsusi əməliyyat zonasında hərbi qulluqçuların istəklərini nəzərə alaraq TOS-1A “Solntsepek” ağır alov sistemlərinin əhəmiyyətli modernləşdirilməsini həyata keçirib.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

Məlumata görə, “Uralvaqonzavod” texnikanın növbəti partiyasını qoşunlara çatdırıb. Şirkət son bir ildə TOS-1A “Solntsepek” ağır alov qurğularının istehsalını artırıb.

TOS-1A qurğularının yeganə istehsalçısı Omsk Nəqliyyat Mühəndisliyi Zavodudur (“Omsktransmaş”, “Uralvaqonzavod” konserninin bir hissəsi).

TOS-1A sistemi T-72 tankı əsasında işə salma qurğusu və bir neçə dəstək maşınından ibarətdir. “Solntsepek” yüngül zirehli texnikaları məhv etmək, açıq yerlərdə və ya sığınacaqlarda yerləşən şəxsi heyəti yararsız hala salmaq, tüstü yandırıcı sursatlarla yanğın və tüstü ekranları yaratmaq üçün nəzərdə tutulub.

“Solntsepek” aerozol şəklində yanan bir maddənin püskürtülməsi və yaranan qaz buludunun partlamasından istifadə edərək 220 mm-lik həcmli partlayış sursatları ilə təchiz edilib. Güc baxımından onları ultra kiçik taktiki nüvə silahları ilə müqayisə etmək olar, lakin onların məhvedici radiasiya effekti yoxdur.

Bəxtiyar CƏFƏRLİ

Chosen
16
herbiand.az

1Sources