EN

Tramp seçilsə, 132 ilin presedentini təkrar edəcək

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp gözlənildiyi kimi seçkilərdə qalib gəlsə, o, 132 ildən sonra Ağ Evə qayıdan ikinci ABŞ prezidenti olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ seçkilərində səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələr göstərir ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 247 nümayəndə ilə prezidentlik yarışına liderlik edir və onun ikinci seçki qələbəsi şansı artır.

“Euronews”un məlumatına görə, ikinci dəfə prezident olacağı gözlənilən Tramp ABŞ-ın iki müddətə fasilə ilə seçilən ikinci prezidenti olacaq.

Seçkiləri uduzduqdan sonra oval ofisə qayıdan son ABŞ prezidenti 1885-1889-cu illər arasında bir müddət prezidentlik etdikdən sonra 1888-ci il seçkilərində uduzan, daha sonra 1892-ci ildə respublikaçı prezident Benjamin Harrisonu məğlub edərək dörd illik fasilədən sonra geri qayıdan prezident Qrover Klivlend olub.

Tramp ilk prezidentlik müddətinə 2017-ci ilin yanvarında demokrat rəqibi Hillari Klintonu məğlub etməklə başlayıb.

Demokratik rəqibi Co Bayden 2020-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gəldikdən sonra 20 yanvar 2021-ci ildə vəzifəsini tərk edən Tramp Respublikaçılar Partiyasının praymerizlərində qalib gələrək yenidən namizəd olub.

Musavat.com

Chosen
70
26
musavat.com

10Sources