EN

Bitcoin kursu ABŞ-dakı seçkilər fonunda tarixi maksimumunu yenilədi » AzadMedia.az


ABŞ-da prezident seçkiləri fonunda bitkoinin dəyəri 74,89 min dollar olub. Kazinform agentliyi CoinDesk-ə istinadən xəbər verir ki, gün ərzində valyuta təxminən 9% artıb.

Əvvəlki rekorda bu il martın 14-də nail olunub. Daha sonra bitkoin 73,7 min dollara başa gəlib.

Prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası çərçivəsində ABŞ-ı “bitkoin supergücü”nə və “planetin kriptovalyuta paytaxtına” çevirəcəyini vəd edib. O, yenidən prezident postunu tutacağı təqdirdə “bitkoinlərin strateji milli ehtiyatı” yaradacağını da bildirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harris üzərində möhtəşəm qələbə qazanaraq Ağ Evdə ikinci müddətə seçilib.

Səslərin hazırkı hesablamalarına görə D.  Fox News-un məlumatına görə, Tramp qələbə üçün zəruri olan 270 seçici səsini keçərək 277 səs toplayıb. Telekanalın məlumatına görə, Harrisin 226 səsi var. Nümayəndələr Palatasının spikeri Mayk Conson da qələbəsi barədə məlumat verib.

Daha əvvəl Trampın kriptovalyuta sənayesindən dəstək istəməsi haqqında yazmışdıq. Eyni zamanda o, əvvəllər bitkoini dələduzluq adlandırmışdı.
Chosen
14
1
azadmedia.az

2Sources