EN

Yaponiya Pirşağıda suvarma sisteminə 90 min dollar qrant ayırdı

Yaponiyanın ölkəmizdəki səfiri Vatanabe Katsuya və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev arasında “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Abşeron rayonunun təcrübə-tədqiqat stansiyasında pivot suvarma sisteminin quraşdırılması” layihəsinin qrant müqaviləsi imzalanıb.

Yaponiyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Abşeron rayonunun Pirşağı kəndində yerləşən təcrübə-tədqiqat stansiyasında pivot suvarma sisteminin quraşdırılması və müştəri təşkilatın mülkiyyətində olan sahənin (50 hektar) dayanıqlı suvarma suyu ilə təmin olunması ilə kənd təsərrüfatı məhsullarının səmərəliliyinin və keyfiyyətinin artırılmasına, su mühitinin yaxşılaşdırılmasına, bununla da yerli əhalinin məşğulluq imkanlarının genişləndirilərək həyat şəraitinin yüksəldilməsinə nail olmaqdır.

Bundan əlavə, layihə Azərbaycanda keçiriləcək COP29-un mühüm mövzusu olan su qıtlığı probleminin həllinə və suyun səmərəli istifadəsinin təşviqinə də töhfə verəcək.

Qeyd edək ki, Yaponiya hökuməti layihənin icrası - ərazinin hamarlaşdırılması, suvarma şəbəkəsinin çəkilməsi, avadanlıqların alınması və texniki dəstək üçün 90 min 27 ABŞ dolları (təqribən 152 min 145 AZN) məbləğində qrant ayırıb.

Chosen
2
2
ucnoqta.az

3Sources