EN

Avropa İttifaqının “üz qarası” beynəlxalq ictimaiyyətə qarşı etinasızlıq nümayiş etdirir - ÖZƏL

"Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq". Bu fikirlər  2024-cü il 5 mart tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ünvanladığı təbrik məkrubunda əksini tapıb. "Xanım" Ursula Fon der Lyayenin ünvanladığı məktubunda həmçinin qeyd edilib ki, bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir. Xanım sədrin dəfələrlə bildirib ki, Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29 iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq. Azərbaycana qarşı xoş münasibətlər, COP29-un ölkəmizdə keçirilməsinə dəstək ifadələri Ursula fon der Lyayenin növbəti beşillik müddətinə Avropa Komissiyasının (AK) sədri seçilməsinə qədər davam edib. Ursula fon der Lyayen cari ilin 18 iyulda növbəti dəfə beş il müddətinə Avropa Komissiyasının sədri seçildikdən sonra ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişib. Elə bununla da Avropa İttifaqının Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində fəaliyyətinə son qoyulub. "Sədaqət andına" xilaf çıxan "xanım" Ursula fon der Lyayenin söylədikləri elə söz olaraq qalıb, reallıqda isə Aİ-nin missiyası Cənubi Qafqazda münaqişə ocağını alovlandırmaqdan ibarət olub. 
Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri daim yüksək olub. Azərbaycan tərəfi hər zaman bu əməkdaşlığa üstünlük verib və onun inkişafına kifayət qədər töhfələr verib. Konkret olaraq Azərbaycan bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələrinə üstünlük verib. Azərbaycanın Avropa İttifaqə ilə enerji sahəsində imzalanan Anlaşma Memorandumunu göstərmək olar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən  imzalanıb. 
Son illər dünyada baş verən siyasi proseslər deməyə əsas verir ki, siyasi liderlər öz şəxsi maraqlarını önə çəkərək dövlətlərin, yaxud beynəlxalq təşkilatların ənənəvi strategiyasının üzərindən qara xətt çəkmiş olurlar. Elə Ursula Fon der Lyayenin Avropa Komissiyasına sədrliyi dövründə atdığı addımlar dediklərimizin bariz nümunəsidir. Etiraf edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim bərabər hüquqlu və ikitərəfli yanaşmalar səviyyəsində olub. Quruma rəhbərlik edən liderlərin şəxsi ambissiyası səbəbindən bu münasibətlərdə soyuma müşahidə olunub. Deməli, problem beynəlxalq təşkilatlar və dövlətlərdə yox, onlara rəhbərlik edən şəxslərin milli, siyasi məncubiyyətindədir. 
Məlumat üçün qeyd edək ki, Ursula fon der Leyen Belçikanın Brüssel şəhərində alman ailədə doğulub. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə Almaniyaya köçüb. Ursula fon der Leyen 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçi. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Von der Leyen mərkəz-sağ Xristian Demokrat İttifaqının (XDİ) və onun Aİ-yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) üzvüdür. Əslində Avropa Komissiyası sədrinin avtobioqrafiyası hər şeyi deyir. Alman və Fransız qatışığından törənmiş bir siyasətçi heç vaxt Azərbaycanın maraqlarını müdafiə edə bilməz. 
Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Onun missiyası rəhbərlik etdiyi təşkilatın adından istifadə edərək münaqişə ocaqlarını qızışdırmaqla şəxsi maraqlarını təmin etməkdir. Təsəvvür edin ki, bütün dünya liderləri bəşəriyyəti ağuşuna almış iqlim dəyişkənliyinə qarşı mübarizə yolu axtarmaq üçün Azərbaycana gəlir, Avropa Komissiyasının sədri isə bu mübarizəyə töhfə verməkdən yayınır. Ancaq bu qərarı təkcə Avropa İttifaqının məsuliyyətdən yayınması kimi qiymətləndirmək  olmaz. Bu addım həm də məsul beynəlxalq bir təşkilatın bəşəriyyətin üzləşdiyi qlobal problemə biganə yanaşmasıdır. Verilən qərar təkcə Avropa İttifaqının üz qarası deyil, eləcə də quruma üzv dövlətlərin nüfuzu və təmsilçiliyinə gətirdiyi xələldir. Çünki Aİ COP29 sammitində iştirak etməyərək beynəlxalq ictimaiyyətlə yanaşı, üzv dövlətlərə qarşı da etinasızlıq nümayiş etdirir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
51
50
olaylar.az

10Sources